×
A
A
A
Sazlamalar

“Açıq mikrofon” aksiyası çərçivəsində Yardımlıda sakinlərlə görüş olub

Bakı, 19 avqust, AZƏRTAC
“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Yardımlı rayonunda baş tutub.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada ümumilikdə 16 rayon sakini iştirak edib.
Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşlara bu aksiyanın mahiyyəti ilə yanaşı, ölkə üzrə hazırda qazlaşma prosesi ilə bağlı məlumat verib.
Yardımlı rayonu, Şəfəqli kənd sakini belə bir aksiyanın təşkil edilməsinə görə “Azəriqaz”ın rəhbərliyinə təşəkkür edərək hazırda Şəfəqli kəndində qazlaşdırma işlərinin aparıldığını bildirib. Vətəndaşlar qarşıdan gələn payız-qış mövsümündə təbii qazdan istifadə edə bilmələri üçün işlərin daha da sürətləndirilməsini istəyiblər. Sırıq kənd sakini öz müraciətində yaşadığı kəndin qazlaşdırılmasını, həm də Birlikdə müvafiq işlə təmin edilməsini xahiş edib. Dəlləkli kənd sakini sözü gedən kənddə qazlaşdırma işlərinin başa çatdırıldığını bildirərək Birliyin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Bütün qaldırılan məsələlərlə bağlı Lənkəran RQİİ-nin rəhbərliyi vətəndaşlara ətraflı məlumat verib.

 

Regionlar 2022-08-19 10:27:00