×
A
A
A
Sazlamalar

Nur-Sultanda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçiriləcək

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 19-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçiriləcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) birgə təşkilatçılığı ilə hibrid formada təşkil olunacaq.
İclas zamanı ikitərəfli əlaqələrin və regional əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və mərkəzin aparıcı məsləhətçisi Nağı Əhmədov iştirak edəcəklər.

Siyasət 2022-08-18 16:23:00