×
A
A
A
Sazlamalar

Türkiyə hərbçilərinə hücum planlaşdıran terrorçular zərərsizləşdirilib

İstanbul, 18 avqust, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı keçirən birləşmələrə hücum hazırlığında olan PKK/YPG terrorçu dəstəsinin doqquz üzvü zərərsizləşdirilib.
Əməliyyatlar davam edir.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-08-18 12:24:00