×
A
A
A
Sazlamalar

Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Bakı, 18 avqust, AZƏRTAC

“Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” Magistral Qaz Kəmərində aşkar olunan qaz sızmasının və kipgəcli olan hissələrin ləğvi, həmçinin kəmərin 14-29-cu kilometrlərarası hissəsinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, bu gün ərzində işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Sabunçu rayonunun Nizami küçəsinin, Daş Karxanasının, Maştağa qəsəbəsinin Albalılıq bağ massivinin, və Savalan, Zabrat, II Zabrat (bir hissəsi) və Balaxanı qəsəbələrinin, Ramanı Südçülük sovxozunun, həmçinin Suraxanı rayonunun Yeni Suraxanı və Bülbülə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Abonentlərə texniki təhlükəsizlik qaydalarına riayət etməyi, qaz cihazlarını nəzarətdə saxlamağı bildirilib.

Neft - qaz 2022-08-18 10:15:00