×
A
A
A
Sazlamalar

Gədəbəy rayonunun vergiödəyicilərinə xidmət mərkəzi cari təmirlə bağlı 20 gün fəaliyyət göstərməyəcək

Bakı, 11 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Gədəbəy rayonunda yerləşən vergiödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar avqustun 15-dən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurum tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağı, gələcəkdə vaxta qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmək tövsiyə olunur.
Əlavə olaraq bildirilir ki, Gədəbəy rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergiödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün 14 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası), (iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Qazax şəhəri, S.Arixov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi, (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Tovuz şəhəri, Abulbəyli kəndi (Nizami klubunun yanı), (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Regionlar 2022-08-11 17:46:00