Bolqarıstanda NATO Hərbi Hava Qüvvələrinin təlimləri başlayıb
Sofiya, 11 avqust, AZƏRTAC
Bolqarıstanda NATO ölkələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) “Tracian Viper-2022” kod adlı genişmiqyaslı təlimlərinin birinci mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BNR məlumat yayıb. Rəsmi məlumata görə, aksiyada Bolqarıstan Hərbi Hava Qüvvələri ilə yanaşı, ABŞ, Kanada, Rumıniya və Yunanıstanın müvafiq aviasiya bölmələri də iştirak edir.
Birgə strukturların döyüş maşınlarının və şəxsi heyətinin ümumi sayı açıqlanmayıb.
Qeyd edək ki, “Trakiya gürzəsi” təlimləri 2010-cu ildən hər il keçirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır
Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib
Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
Kreml: ABŞ-ın hegemonluğuna söykənən dünya düzəni sona yetir