×
A
A
A
Sazlamalar

Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib

Xaçmaz, 11 avqust , Elxan Yusifli, AZƏRTAC

Avqustun 11-də səhər saatlarından əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Xaçmaz şəhəri ərazisində elektrik xətlərinin qırılması nəticəsində bəzi küçələrə, eləcə də Nərəcan, Qımılqışlaq, İstisu inzibati ərazi dairəsinə aid kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində, Xaçmaz-Xudat yollarının kənarında bir neçə ağac kökündən qoparaq aşıb.
Müvafiq icra strukturları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

 

Regionlar 2022-08-11 15:24:00