Mostar Avropanın ən gözəl şəhərləri siyahısında qərarlaşıb
Sarayevo, 10 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın Mostar şəhəri Avropanın ən gözəl şəhərləri siyahısında yer alıb.
AZƏRTAC xəbər verir ki, CNN teleradio kompaniyası tərtib etdiyi siyahıda Mostar şəhərində eyniadlı körpünün Bosniya və Herseqovinanın simvolik tikililərindən olduğunu bildirib. Bosniya və Herseqovinada Osmanlı dövrünə aid ən mühüm abidələrdən olan Mostar körpüsü uzun illər Balkan İslam mədəniyyətinin ən gözəl nümunələrindən biri hesab edilib. Körpünün “Red Bull Cliff Diving”in keçirildiyi yer olduğu da bildirib.
Qeyd edək ki, körpü Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilib. Neretva çayı üzərində salınan Mostar körpüsü 1993-cü ildə barbarlığın simvoluna çevrilib və Bosniya müharibəsi zamanı Xorvatiya ordusu tərəfindən dağıdılıb. Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlanıb, 2004-cü ildə körpü bərpa olunaraq istifadəyə verilib.
Mostar körpüsü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır