Hulusi Akar: Ukrayna limanlarında hazırda daha 20 gəmi gözləyir
İstanbul, 9 avqust, AZƏRTAC
Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan razılaşma tərəflərdən hər hansı birinin etirazı olmasa, 120 gün davam edəcək. Bu müqavilə təkcə Ukrayna limanlarından taxıl daşınmasını nəzərdə tutur. Razılaşma Rusiya limanlarını əhatə etmir, lakin bu istiqamətdə danışıqlar davam edir. Ukrayna limanlarında hazırda daha 20 gəmi gözləyir. Artıq bu istiqamətdə model formalaşıb, adı da “taxıl dəhlizi”dir. Ümid edirik ki, taxılla bağlı həll prosesi sülh üçün də nümunə olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən XIII Səfirlər konfransında çıxışı zamanı ifadə edib.
Türkiyənin terrorla mübarizəsi haqqında danışan nazir bildirib ki, indiyədək “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 311 terrorçu zərərsizləşdirilib.
Nazir qeyd edib ki, “Pəncə-Kilid” antiterror əməliyyatı son hissədir və bununla 26 kilometrlik xətt tamamlanacaq. Bundan sonra nəyin bahasına olursa olsun terror dəhlizinə icazə verməyəcəyik. Harada terrorçu varsa, hədəfimiz oradır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır