×
A
A
A
Sazlamalar

Göyçayın istixana təsərrüfatlarında 22 min tondan çox pomidor istehsal olunub

Göyçay, 9 avqust, AZƏRTAC
Göyçay rayonunda 225 hektar istixana təsərrüfatı vardır ki, bu təsərrüfatın 195, 5 hektarında pomidor, 29,5 hektarında isə xiyar yetişdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin ötən səkkiz ayında istixanalarda 22 min 180 ton pomidor, 4031 ton xiyar yetişdirilib. Yığılan məhsulların 60 faizindən çoxu xarici bazarlara, əsasən də Rusiyaya göndərilib. Daha çox məhsul istixana təsərrüfatlarının çox olduğu Ləkçıplaq, Qaraxıdır, Qızılağac, Mırtı və bir sıra digər ərazi dairələrində yetişdirilib.
Hazırda hər yerdə tərəvəz məhsullarının yetişdirilməsi və yığımı davam edir.

Regionlar 2022-08-09 06:34:00