×
A
A
A
Sazlamalar

Rəcəb Tayyib Ərdoğan şəhid ailəsini ziyarət edib VİDEO

Bakı, 7 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Pençe-Kilit” əməliyyatı bölgəsində şəhid olan Ömür Ərtoğrul Sarının ailəsini ziyarət edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ötən gün Kocaelidə bir sıra tədbirlərə qatılan Prezident Rəcəb Tayyib Ərdoğan orta məktəbin açılışından sonra şəhid Ömür Ərtoğrul Sarının ata evini ziyarət edib.
Ölkə rəhbəri Ömür Ərtoğrul Sarının ailəsi ilə görüşüb, şəhid üçün dua edib.
Səfərdə dövlət başçısını vitse-prezident Fuat Oktay və daxili işlər naziri Süleyman Soylu müşayiət edib.

Dünya 2022-08-07 06:26:00

Video