Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü başlayıb
Moskva, 5 avqust, AZƏRTAC
Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Rusiya Prezidenti türkiyəli həmkarına Ukrayna taxılının limanlardan daşınması və Rusiya ərzaq məhsullarının ixracına dair İstanbul sazişinin imzalanmasında səylərinə görə təşəkkür edib.
Rusiya Prezidenti ümidvar olduğunu bildirib ki, danışıqların nəticələrinə görə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalamaq mümkün olacaq. V.Putin, həmçinin “Türk axını” boru kəmərinin fasiləsiz işlədiyini, Avropanın Rusiya qazı ilə təminatında mühüm marşrut olduğunu vurğulayıb. Tərəflər Suriyada vəziyyətlə bağlı məsələləri də müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Almaniyalı xilasedicilər Baltik dənizində polşalı dənizçini sudan çıxarıblar
Bolqarıstanda NATO Hərbi Hava Qüvvələrinin təlimləri başlayıb
Türkiyədə 34 su elektrik stansiyasının rəsmi açılış mərasimi olub
“Tribar Manufacturing” şirkəti kimya sənayesi tullantılarını çaya axıdıb