Türkiyədə Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi təsis edilib
Ankara, 5 avqust, AZƏRTAC
Türkiyə Respublikasına qarşı dezinformasiyaları aşkarlamaq və zərərsizləşdirmək məqsədilə xüsusi mərkəz təsis edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun özünün tviter hesabında məlumat paylaşıb.
İdarə rəhbəri Fahrettin Altun bildirib ki, yeni yaradılan Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinə İdris Kardaş rəhbərlik edəcək.
Hazırda Türkiyənin “A Haber” telekanalının rəsmi saytında köşə yazıları ilə çıxış edən İ.Kardaş İstanbul Bilgi Universitetini bitirib.
Almaniyalı xilasedicilər Baltik dənizində polşalı dənizçini sudan çıxarıblar
Bolqarıstanda NATO Hərbi Hava Qüvvələrinin təlimləri başlayıb
Türkiyədə 34 su elektrik stansiyasının rəsmi açılış mərasimi olub
“Tribar Manufacturing” şirkəti kimya sənayesi tullantılarını çaya axıdıb