Türkiyə Prezidenti Rusiyaya səfərə yola düşüb
İstanbul, 5 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, birgünlük səfər çərçivəsində Prezident Ərdoğanın rusiyalı həmkarı ilə keçirəcəyi görüşlərdə aktual qlobal və regional problemlər, o cümlədən Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər zamanı Türkiyə Prezidentinə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın və Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir müşayiət edirlər.
“Reuters”: Braziliya 2024-cü ildə “OPEC+” alyansına qoşulacaq
Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu iclası başlayıb
İtaliyada koronavirusa yoluxma halları kəskin artıb
Papa Fransisk səhhəti ilə bağlı açıqlama verib
Monteneqroda əhalinin siyahıyaalınması yenidən təxirə salınıb