×
A
A
A
Sazlamalar

Cənubi Koreyada binada baş verən yanğında 5 nəfər ölüb, 44 nəfər yaralanıb

Pekin, 5 avqust, AZƏRTAC
Cənubi Koreyanın İçon şəhərində dördmərtəbəli binada baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 44 nəfər xəsarət alıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 10:17-də baş verib. Bildirilir ki, binanın yuxarı mərtəbəsində xəstəxana yerləşir. Yanğın baş verən vaxt xəstəxanada 46 nəfər, o cümlədən 33 pasiyent olub. Ölənlərdən 4-ü pasiyent, biri tibb bacısıdır. Bədən xəsarəti alanların və tüstüdən zəhərlənənlərin çoxu da xəstəxanadakılar olub. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
İlkin ehtimala əsasən, yanğın 3-cü mərtəbədəki monitorlu qolf oyunu otağından başlayıb. Yanğının söndürülməsinə 38 texnika, 100-dən çox yanğınsöndürən cəlb olunub. Təxminən bir saat sonra yanğın söndürülüb.
Hazırda binada axtarış-xilasetmə işləri aparılır.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-08-05 12:30:00