Yeni Zelandiyanın Levin şəhərində kimyəvi hücum təhlükəsi ilə bağlı sakinlər təxliyə edilir
Tokio, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Yeni Zelandiyanın Levin şəhərində partlayış və kimyəvi hücum təhlükəsi ilə bağlı yerli sakinlər təxliyə edilir.
AZƏRTAC Yeni Zelandiya KİV-nə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilir ki, Vellinqtondan 90 kilometr aralıda yerləşən Levin şəhərindəki evlərdən birində barrikada quran kişi malik olduğu kimyəvi silahı partladacağı barədə xəbərdarlıq edib.
Hazırda həmin şəxslə hadisənin sülh yolu ilə həlli məqsədilə danışıqların aparıldığı qeyd olunur.
Hadisənin baş verdiyi əraziyə yaxınlıqda yerləşən 80 nəfərin artıq təxliyə mərkəzinə yerləşdirildiyi və onlara hər bir lazımi yardım göstərildiyi bildirilir. Bundan əlavə, daha 40 evin sakinlərinə təxliyəyə hazır olmaları barədə xəbərdarlıq edilib.
Hadisə yerinin polislər tərəfindən əhatəyə alındığı, yollarda hərəkətin dayandırıldığı deyilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb
Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək
NASA Ayda binalar tikməyi planlaşdırır
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib