×
A
A
A
Sazlamalar

Oğuzda əsas kapitala yönəldilən investisiyanın həcmi 3,7 dəfə artıb

Oğuz, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC
2022-ci ilin birinci yarısında Oğuz rayonunda bütün maliyyə mənbələri hesabına əsas kapitala 17 milyon 777,7 min manatlıq investisiya yönəldilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 12 milyon 998,9 min manat və ya 3,7 dəfə çoxdur. İnvestisiyanın 93,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə rayonda 16 milyon 671,4 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Bu işlərin 94,7 faizi dövlət, 5,3 faizi isə qeyri-dövlət müəssisələrinin və təşkilatlarının, o cümlədən əhali təsərrüfatlarının payına düşür.
Altı ay ərzində rayonun ailə kəndli və ev təsərrüfatlarında ümumi sahəsi 1825 kvadratmetr, yaşayış sahəsi 1560 kvadratmetr olan 17 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Bu evlərin ümumi dəyəri 747 min manat olub.

Regionlar 2022-08-02 17:26:00