×
A
A
A
Sazlamalar

Sumqayıtda tematik yay düşərgələri təşkil olunur

Sumqayıt, 2 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yeniyetmə və gənclər üçün tematik yay düşərgələri təşkil edilib. Layihə Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əsas məqsədi Ordumuzun parlaq Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin təbliği, uşaqların, yeniyetmələrin bilik və bacarıqlarının inkişafına dəstək, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli inkişafını təmin etmək olan düşərgəyə 10-16 yaşında olan yeniyetmələr cəlb olunub. Proqramda müxtəlif müsabiqə və yarış qalibləri, istedadlı və yaradıcı gənclər iştirak edirlər.
Düşərgə proqramı çərçivəsində "Şuşa, sən azadsan!" sənədli filmi nümayiş olunub, Vətən müharibəsi qazisi Anar Şəfiyevlə gənclərin görüşü keçirilib, üzgüçülük, futbol, bouling idman növləri üzrə həvəskar yarışlar, ekskursiyalar, seminarlar və əyləncəli oyunlar təşkil edilib.
Tematik düşərgələrin avqustun 31-nə kimi davam etdirilməsi nəzərdə tutulur.

Regionlar 2022-08-02 15:24:00