×
A
A
A
Sazlamalar

Türkiyə Silahlı Qüvvələri daha 5 terrorçunu zərərsizləşdirib

Bakı, 31 iyul, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Barış Pınarı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçuları aşkar edildikləri yerdə zərərsizləşdirməyə davam edəcəyik!”,- deyə məlumatda qeyd olunub.

Dünya 2022-07-31 16:43:00