×
A
A
A
Sazlamalar

Avropada küçədə parklama bahalaşır

Budapeşt, 26 iyul, AZƏRTAC

İnflyasiya bütün avrozona sakinlərinin ciblərinə ziyan vurmaqda davam edir. Hər şey bahalaşır. Bu baxımdan Macarısan da istisna deyil.
AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtının hakimiyyət orqanları bu gün Budapeşt sakinlərini növbəti “xoş xəbərlə sevindiriblər”.
Şəhər bələdiyyə şurası sentyabrın 5-dən etibarən paytaxtda vahid ictimai parklama sistemi tətbiq edilməsi təklifinin lehinə səs verib. Beləliklə, hazırda mövcud olan 27 parklama zonasından ibarət sistem yeniləşəcək.
A zonasında saat 8:00-dan 22:00-dək parklama dəyəri bir saat üçün 600 forint, B zonasında həmin saatlarda bir saat üçün 450 forint, C zonasında saat 8:00-dan 18:00-dək bir saat üçün 300 forint, D zonasında eyni saatlarda bir saat üçün 200 forint olacaq.
Hazırda Budapeştdə parklama tarifi bir saat üçün 175-525 forint həddindədir.
A, B və C zonalarında parklama müddəti 3 saata qədər ola bilər, D zonasında isə vaxt məhdudiyyəti olmayacaq.
Eyni zamanda, şəhərdə pullu parklama ərazisinin sahəsi 10 faiz artırılacaq.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2022-07-26 18:30:00