×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti Rusiyaya səfər edəcək

İstanbul, 26 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasına səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfərin avqustun 5-də Soçi şəhərində baş tutacağı bildirilir.
Bir gün davam edəcək səfər çərçivəsində Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşü planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-07-26 17:17:00