×
A
A
A
Sazlamalar

İran sərhədçiləri ilə terrorçular arasında toqquşma baş verib

Tehran, 26 iyul, AZƏRTAC

İran-İraq sərhədində baş verən silahlı toqquşmada iki sərhədçi həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Sərhəd Xidməti yayıb. Bildirilib ki, bir qrup terrorçu qanunsuz yollarla İran sərhədini keçməyə cəhd edib. Silahlı qruplaşma İranlı sərhədçilərin müqaviməti ilə rastlaşıb. Silahlı toqquşma zamanı 2 nəfər iranlı sərhədçi şəhid olub.
Terrorçu qrup məhv edilib. Terrorçuların üzərindən silah-sursat, İran ərazisində hərəkat etmək üçün xəritə, mobil rabitə vasitələri aşkar edilib.
Oxşar hadisə İranın Pakistan ilə sərhədində də baş verib. Bir qrup silahlı dəstə sərhədi keçib İrana daxil olmağa çalışıb. Lakin sərhədçilər bunun qarşısını alıblar. Baş verən silahlı qarşıdurmada 1 nəfər iranlı sərhədçi həlak olub.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-07-26 14:38:00