×
A
A
A
Sazlamalar

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

Bakı, 20 iyul, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası iyulun 19-da videokonfrans formatında baş tutub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında və “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib.
İclasda “Azərişıq” ASC-nin Elektron Hökumət portalı vasitəsilə göstərilən elektron xidmətlərinin analizi, kiçik və orta biznes subyektlərində elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsi, habelə bərpaolunan enerji mənbələri sahəsinə özəl sektorun cəlb edilməsi və əlverişli investisiya mühitinin yaradılması üzrə təqdimatlar və çıxışlar dinlənilib. Eyni zamanda, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunda Energetika Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icrası barədə müzakirələr aparılıb.

Energetika 2022-07-20 15:08:00