Avropa Parlamentinin nümayəndələrinə Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları barədə məlumat verilib
Bakı, 19 iyul, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Parlamentin üzvü Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun təbii qaz təchizatı, bərpaolunan enerji, yaşıl hidrogen, enerji effektivliyi, ətraf mühitin mühafizəsi və sair kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyəti vurğulanıb.
Azərbaycanın karbohidrogen resursları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları, ölkəmizin bərpaolunan enerji potensialı, özəl investisiyaların cəlbi ilə bu təbii resurslardan enerji keçidi prosesində səmərəli istifadə və “yaşıl enerji” ixracı, enerji effektivliyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində hədəflər, Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib və parlament nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir