×
A
A
A
Sazlamalar

“Azərenerji” əhaliyə xəbərdarlıq edib VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

“Azərenerji” ASC əhaliyə xəbərdarlıq edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərenerji” yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə “Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” devizi altında xəbərdarlıq videoçarxı hazırlayıb.
Qeyd edək ki, son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da təbii ki, daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.

 

Energetika 2022-07-14 10:43:00

Video