×
A
A
A
Sazlamalar

Altı ayda elektrik təsərrüfatına cavabdeh 395 nəfərin peşə bilikləri yoxlanılıb

Bakı, 7 iyul, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən ilin birinci yarısı 123 müəssisədə 395 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Energetika 2022-07-07 19:40:00