×
A
A
A
Sazlamalar

Ağdaş sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Bakı, 4 iyul, AZƏRTAC

“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası bu gün Ağdaş rayonunda baş tutub.
İB-dən AZƏRTAC-a bildirilib ki, sakinlər səyyar qəbul otağının imkanlarından istifadə etməklə qaz təchizatı ilə bağlı onları maraqlandıran sualları və problemləri Birliyin rəhbər şəxslərinə ünvanlayıblar. Aksiyada səsləndirilən müraciətlər diqqətlə dinlənilərək icrası mümkün olan məsələlərin həlli istiqamətində yerindəcə qərar qəbul olunub. Araşdırılması tələb olunan digər müraciətlər isə Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev tərəfindən rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb.
Aksiyaya qatılan 50-dək Ağdaş sakininin əsas müraciəti qazlaşmayan ərazilərin təbii qazla təchizi ilə əlaqədar olub. Ünvanlanan hər bir müraciətlə bağlı Birlik rəhbərliyi tərəfindən müvafiq qərar veriləcək. Nəzərinizə çatdıraq ki, bu gün təşkil olunan görüş aksiya çərçivəsində sayca 100-cü görüşdür.

 

Regionlar 2022-07-04 19:47:00