×
A
A
A
Sazlamalar

Sərbəst güləş üzrə Ağcabədi rayon birinciliyində 150-dən çox idmançı mübarizə aparıb

Ağcabədi, 4 iyul, AZƏRTAC

Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Ağcabədi, Beyləqan, Cəlilabad, Laçın, Salyan, Xocavənd rayonlarından olan 150-dən çox idmançı mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan birinciliyin sonunda ayrı-ayrı çəki dərəcələrində I, II, III yerləri tutan idmançılara diplom və medallar təqdim edilib.

Regionlar 2022-07-04 13:19:00