×
A
A
A
Sazlamalar

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının daha bir fəal üzvünü zərərsizləşdirib

Ankara, 4 iyul, AZƏRTAC

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) PKK terror təşkilatına qarşı daha bir uğurlu əməliyyat keçirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, "Berfin Nurhak" ləqəbli terrorçu Xanım Demir İraqın şimalındakı Gara bölgəsində dəqiq zərbə ilə məhv edilib.
Məlumatda bildirilir ki, 1990-cı illərdə PKK sıralarına daxil olan terrorçu qadın Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror aktlarının təşkilatçısı olub.
Bildirilir ki, Xanım Demir PKK-nın silahlı birliklərini koordinasiya edən qurumun və terror qrupunun qadın təşkilatının üzvü olub.
Xanım Demirin terrorçu fəaliyyəti ilə bağlı çox sayda təkzibolunmaz faktlar, o cümlədən fotolar mövcuddur.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-07-04 12:34:00