×
A
A
A
Sazlamalar

Şahbulaq qalası – əsrarəngiz gözəllikləri ilə seçilən tarixi məkan FOTO VİDEO

Ağdam, 4 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağdakı ən məşhur abidələrdən biri Ağdam ərazisindəki XVIII əsrə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.
270 yaşlı Şahbulaq qalası illərin sərt sınaqlarına sinə gərərək özünü də qoruyub, tarixini, izini də. İndi füsunkar təbiətin qoynunda yerləşən bu qocaman qala yamyaşıl ağacların, al-əlvan çiçəklərin əhatəsində yeni dövrünü yaşayır. Qalanın yaxınlığındakı bulağın göz yaşı kimi dumduru suyu artıq yağıların tapdağından azad edilmiş torpağın sinəsinə axaraq təbiəti canlandırıb. Ağaclara, çiçəklərə, otlara təravət verərək ətrafı, sözün əsl mənasında, gözəlliklər məskəninə çevirib. Əsrarəngiz mənzərə, quşların səsi, bulağın şırıltısı insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir.
AZƏRTAC Şahbulaq qalasından foto və videogörüntüləri təqdim edir.

Regionlar 2022-07-04 11:43:00

Video