Zsofia Kraus: Düşünürəm ki, Şuşa konfransı ümumi işimizə töhfə verəcək
Şuşa, 3 iyul, S.Hakıyeva, AZƏRTAC
Şuşa konfransında iştirak etdiyim üçün çox şadam. Düşünürəm ki, bu toplantı ümumi işimizə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Macarıstan Ofisinin nümayəndəsi Zsofia Kraus iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
Macarıstan Ofisinin nümayəndəsi diqqətə çatdırıb ki, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması, mövcud əlaqələrin dərinləşdirilməsi qlobal məsələlərin həllində öz köməyini göstərəcək.
Zsofia Kraus bu günlərdə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və kommunikasiya nazirləri arasında imzalanan memorandumun əhəmiyyətindən də danışıb.
BMT İnkişaf Proqramı həssas qruplara hüquqi yardım üzrə bələdçi hazırlayıb
BMT sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsi təqdim olunub
Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək
Qarabağda və sərhəddə mütəmadi təxribatlar yalnız və yalnız Ermənistanın özünə zərər verəcək
Rusiya Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova telefonla zəng edib