×
A
A
A
Sazlamalar

Ufuk Ulutaş: Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqaz və Orta Asiya regionundakı münasibətlər sistemində bir nümunədir

Şuşa, 3 iyul, AZƏRTAC

Bu gün Şuşada olmağımız təsadüfi deyil. Konfransın bu Zəfər şəhərində keçirilməsi qürurvericidir. Bu müqəddəs torpaq Şuşa Bəyannaməsinin imzalandığı şəhərdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
O deyib: “Türk dövlətləri olaraq çox uğurlu bir yoldayıq. Türkiyə bu yolun bir parçası olaraq davam edəcək. Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqaz və Orta Asiya regionundakı münasibətlər sistemində bir nümunədir”.

Siyasət 2022-07-03 15:41:00