×
A
A
A
Sazlamalar

Mozambikli deputat: Azərbaycan xalqının işğaldan azad edilən əraziləri dirçəltməsi səylərini görmək çox xoşdur VİDEO

Şuşa, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı yüksək səviyyədə keçirildi. Konfransda aktual məsələlərlə bağlı son dərəcə səmərəli və faydalı müzakirələr aparıldı. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri iki gün ərzində dünyada sülhün və sabitliyin qorunması, əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində Şuşaya səfər edən mozambikli deputat Telmina Manuel Paixao Pinho Pereira AZƏRTAC-a müsahibəsində deyib.
İşğaldan azad olunan ərazilərə səfəri zamanı bu bölgənin tarixi ilə bağlı vacib məlumatlar əldə etdiklərini vurğulayan qonaq deyib: “Bu səfər zamanı işğaldan azad edilən Qarabağ bölgəsi, o cümlədən Füzuli, Şuşa, digər şəhər və rayonlar, ümumiyyətlə bu regionun tarixi haqqında maraqlı məlumatlar əldə etdik. Ərazilərdəki dağıntıları öz gözlərimizlə gördük. Burada şəhər və kəndlərin, tarixi-mədəni abidələrin tamamilə dağıdılması dərin üzüntü doğurur. Lakin Azərbaycan xalqının bu əraziləri dirçəltməsi səylərini görmək çox xoşdur. Ümid edirik ki, qarşıdakı illərdə bu region Azərbaycan xalqının səyləri nəticəsində sürətlə inkişaf edəcək.

Siyasət 2022-07-02 18:23:00

Video