×
A
A
A
Sazlamalar

Cibuti Milli Assambleyasının sədri: Gördüyümüz dağıntılar işğalçının nə qədər zərərverici olduğunu göstərir VİDEO

Şuşa, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Qoşulmama Hərəkatında fəaliyyətimiz son dərəcə səmərəlidir və Azərbaycanın oradakı rolunu yüksək qiymətləndiririk. Bizim Şuşa şəhərinə gəlməyimiz Azərbaycanı dəstəkləməyimizin göstəricisidir. Azərbaycanın müharibədə ədalətli olduğunu dəstəkləyirik. Qoşulmama hərəkatında 120-dən artıq ölkə var ki, onların hamısı Azərbaycanı dəstəkləyir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşa şəhərinə səfər etmiş Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humed deyib.
Mohamed Ali Humed işğaldan azad edilmiş ərazilərdə həm dağıntıların, həm də Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işlərinin şahidi olduğunu bildirib: “Biz yol gəldikcə xeyli dağıntılar gördük. Bu da işğalçı qüvvələrin nə qədər zərərverici olduğunu göstərir. Bunları Qoşulmama Hərəkatı olaraq pisləyirik. Hər bir inkişaf yollarla, infrastrukturun, iqtisadi müəssisələrin yenidən qurulması ilə başlayır. Biz yol gəldikcə bir sıra şirkətlərin yenidənqurma, tikinti işlərinə cəlb olunduğunun və intensiv işlər aparıldığının şahidi olduq. Bu da əvvəllər əhalinin burada yaşadığı rahat şəraiti yenidən özünə qaytarmağa və iqtisadi inkişafa imkan yaradacaq.

 

Regionlar 2022-07-02 17:47:00

Video