×
A
A
A
Sazlamalar

Gürcüstanda ard-arda iki dəfə zəlzələ baş verib

Tbilisi, 2 iyul, AZƏRTAC
İyulun 2-də Gürcüstan ərazisində ard-arda iki dəfə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, birinci zəlzələ yerli vaxtla saat 12:24-də Rusiya - Gürcüstan sərhədi yaxınlığında 4,0 bal gücündə olub.
İkinci yeraltı təkan isə saat 12:28-də Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3,1 maqnitudada qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Amma Rusiya-Gürcüstan sərhədində baş verən zəlzələdən bölgədə torpaq sürüşməsi qeydə alınıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2022-07-02 16:50:00