×
A
A
A
Sazlamalar

İstiqrazlar üzrə kupon və əsas məbləğ ödənişləri həyata keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

Milli Depozit Mərkəzi (MDM) tərəfindən istiqrazlar üzrə kupon və əsas məbləğ ödənişləri həyata keçirilib.
MDM-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu üzrə əsas məbləğ ödənişi 2 milyon 500 min AZN, kupon ödənişi 375 min AZN, “Azərbaycan Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə kupon ödənişi 262 min 500 AZN təşkil edib.

Maliyyə 2022-07-02 16:05:00