×
A
A
A
Sazlamalar

Bloomberq: Neftin bir barelinin qiyməti 380 dollara qalxa bilər

Bakı, 2 iyul, AZƏRTAC

ABŞ-ın ən böyük banklarından biri olan JP Morgan Chase bankının analitiklərinin proqnozlarına əsasən, əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft tədarükünü əhəmiyyətli dərəcədə azaltsa, neftin bir barelinin qiyməti 380 dollara çata bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnoz Bloomberq agentliyinin saytında yer alıb.
Analitiklərin məlumatına görə, Rusiya neftinin tədarükünün sutkada 3 milyon barel azalması London birjasında yanacaq qiymətinin 190 dollaradək artmasına gətirib çıxaracaq. Ən pis ssenari qismində Rusiyadan neft tədarükünün sutkada 5 milyon barel azalması nəzərdən keçirilir. Bu halda qiymət 380 dollara qədər arta bilər.
JP Morgan Chase bankının analitikləri hesab edirlər ki, RF bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulduğu halda ata bilər. Belə ki, G7 qrupunun sammitində liderlər belə bir məhdudiyyət imkanlarının nəzərdən keçiriləcəyini vəd ediblər.

Dünya 2022-07-02 11:27:00