×
A
A
A
Sazlamalar

Kürdəmirdə gənclərlə görüş keçirilib

Kürdəmir, 2 iyul, AZƏRTAC
Kürdəmirdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikamızın ali məktəblərində təhsil alan kürdəmirli gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov dövlətimizin gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, xalqımızın, ölkəmizin gələcəyi olan vətənpərvər, savadlı, məsuliyyətli, mübariz gənclərlə fəxr etdiyini söyləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi böyük rəşadəti diqqətə çatdıran icra başçısı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Kürdəmirdən olan gənclərin də xidmətlərindən danışıb.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təklifləri müzakirə edilib.

Regionlar 2022-07-02 10:55:00