×
A
A
A
Sazlamalar

“Aere” tufanı Yaponiyanın cənub adalarına yaxınlaşır

Tokio, 1 iyul, AZƏRTAC
Sakit okeanda əmələ gələn “Aere” tufanı Yaponiyanın cənub-qərb ərazilərinə doğru hərəkət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 1-də Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Mərkəzi hissəsində küləyin sürətinin saniyədə 18 metrə çatdığı tufanın hazırda Filippin dənizində olduğu qeyd edilir.
Bildirilir ki, iyulun 3-də tufanın Yaponiyanın Okinava adalarına yaxınlaşacağı gözlənilir. Bundan sonra onun şimal-qərb istiqamətində hərəkət edəcəyi, Kyuşü adasının və Yaponiyanın digər ərazilərinin cənub-qərbindən keçəcəyi proqnozlaşdırılır.
Bununla əlaqədar yapon meteoroloqlar qeyd edilən ərazilərdə leysan yağışlar, güclü külək və böyük dalğaların olacağı barədə xəbərdarlıq ediblər.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-07-01 08:05:00