×
A
A
A
Sazlamalar

Bu gündən Ukrayna ərazisinə girən Rusiya Federasiyasının vətəndaşlarına viza rejimi tətbiq ediləcək

Kiyev, 1 iyul, AZƏRTAC
İyulun 1-dən Ukrayna ərazisinə girən Rusiya Federasiyasının vətəndaşlarına viza rejimi tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin iyunun 17-də Rusiya Federasiyasının vətəndaşlarına viza rejiminin tətbiq edilməsi barədə çıxardığı qərar bu gündən qüvvəyə minib.
"Biz nəhayət Rusiya ilə əlaqələri kəsirik. Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı çıxmaq üçün hökumət Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirərək yalnız Rusiya Federasiyası ilə vizasız rejimə dair müqaviləni ləğv etdi”,-deyə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında vurğulayıb.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-07-01 07:05:00