×
A
A
A
Sazlamalar

Tərtərdə yaradıcı insanlarla görüş olub

Tərtər, 1 iyul, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tərtər rayon Heydər Əliyev adına İstirahət Parkında yaradıcı gənclərlə yerli şairlərin görüşü keçirilib. Görüşdə mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri, müxtəlif təşkilatlarda çalışan yaradıcı gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, belə görüşlər gənclərin bədii ədəbiyyata marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına, insanların asudə vaxtlarının səmərəli keçməsinə xidmət edir.
Digər çıxış edənlər belə görüşlərin davamlı olmasının vacibliyini vurğulayaraq tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə yaradıcı gənclərin hazırladıqları əl işləri nümayiş olunub, müxtəlif mövzularda şeirlər səsləndirilib. “Qarabağ” rəqs qrupunun və gənc ifaçıların musiqi nömrələri tamaşaçılarda xoş ovqat yaradıb.

Regionlar 2022-07-01 07:25:00