×
A
A
A
Sazlamalar

Bank “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) Bank “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, iyunun 28-30-da emissiya prospektinə uyğun olaraq Bakı Fond birjasında Bank “BTB” ASC-nin tədavül müddəti 6 təqvim ili olan AZ2004009448 dövlət qeydiyyat nömrəli, 3 milyon AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 2 investor tərəfindən 3 sifariş təqdim edilib. İstiqrazların hərrac qiyməti 1000 AZN müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 9 faiz, faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon AZN təşkil edib. İstiqrazlar 2028-ci il iyunun 28-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Maliyyə 2022-06-30 17:48:00