×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2061008689 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən bir sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat olub. İstiqrazlar 2042-ci il martın 17-də ödəniləcək.

Maliyyə 2022-06-30 15:56:00