Gürcüstan prezidenti koronavirusa yoluxma ehtimalına görə özünütəcrid rejiminə keçib
Tbilisi, 30 iyun, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusa yoluxma ehtimalına görə özünütəcrid rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı koronavirusa yoluxan şəxslə təmasda olub və bu səbəbdən özünütəcrid rejiminə keçib.
Maksimal ehtiyatlılıq üçün S.Zurabişvili müvafiq testdən sonra adi iş rejiminə qayıdacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Avrozonada rekord inflyasiya qeydə alınıb
Livan suriyalı qaçqınları geri göndərir
Avstriyada fırtına iki uşağın ölümünə səbəb olub
Serbiya və Kosovo rəhbərlərinin Brüssel görüşü nəticəsiz qalıb
Ərdoğan: Rusiya və Ukrayna arasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə ümid edirəm