×
A
A
A
Sazlamalar

“Bayraktar AKINCI” Konyada keçirilən “Anadolu Qartalı-2022” taktiki-uçuş təlimlərinə cəlb olunub VİDEO

Konya, 29 iyun, AZƏRTAC

“Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) Azərbaycanın iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərinə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi - iyunun 29-da keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə günorta saatları “Bayraktar AKINCI” səmaya buraxılıb. Bundan bir neçə saat sonra “Bayraktar AKINCI” “Solo Türk” nümunəvi uçuşlarının keçirildiyi hava trayektoriyasında görünüb.
Bundan başqa, “Bayraktar AKINCI” “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində qurulan aviasiya sərgisində də özünə yer qazanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya

Dünya 2022-06-30 12:31:00

Video