Nazir müavini Salyan rayonunda vətəndaşların müraciətini dinləyəcək
Bakı, 29 iyun, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev iyulun 8-də Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar iyunun 29-dan iyulun 5-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Azərbaycan və Qırğızıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcəklər
“Deneyap” texnologiya laboratoriyasına imtahanın ilk mərhələsinin nəticələri açıqlanıb
“YAŞAT” düşərgəsinin iştirakçıları “Sehrli xalat” vasitəsilə keçmişə “səyahət” etdilər
Şəhid uşaqları üçün yay düşərgəsinin daha bir günü rəngarəng görüntülərlə yadda qalıb
® Rəf qiymətləri kassa qiymətləri ilə niyə üst-üstə düşməyə bilər?