×
A
A
A
Sazlamalar

UN-HABITAT-ın icraçı direktoru Azərbaycana dəstəyə görə təşəkkür edib VİDEO

Katovitse, 29 iyun, AZƏRTAC

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) BMT proqramının fəaliyyətlərini dəstəklədiyinə görə Azərbaycana minnətdardır.
AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif Azərbaycanla əməkdaşlığa dair açıqlamasında bildirib.
O, Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası çərçivəsində keçirilən görüşə görə də Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirərək deyib ki, görüşdə tərəflər arasında Azərbaycanda birgə fəaliyyət imkanları müzakirə edilib.
Qeyd edək ki, BMT-HABITAT və Azərbaycan fəal əməkdaşlıq edir.
Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi verib.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Katovitse

Siyasət 2022-06-29 16:40:00

Video