×
A
A
A
Sazlamalar

“Finca Azərbaycan”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakı Fond Birjasında (BFB) “Finca Azərbaycan” MMM-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004019207 dövlət qeydiyyat nömrəli, 3 milyon AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən 100 AZN (12.5 faiz) qiymətindən 6 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12,5 faiz, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon AZN təşkil edib. İstiqrazların 2024-cü il iyunun 28-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Maliyyə 2022-06-28 19:47:00