×
A
A
A
Sazlamalar

Anvar Nasirov: Avropa ilə Asiyanı birləşdirəcək dəhlizə böyük ehtiyac var

Bakı, 28 iyun, AZƏRTAC

Xəzərin statusu ilə bağlı iyunun 29-da Aşqabadda sammit keçiriləcək. Nəqliyyat dəhlizinin yaradılması mühüm məsələlərdəndir. Avropa ilə Asiyanı birləşdirəcək dəhlizə böyük ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Anvar Nasirov iyunun 28-də "Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri" mövzusunda keçirilən vebinarda deyib.
“Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir. Özbəkistan və Azərbaycan konkret sahələrdə əməkdaşlıq edirlər. Ümid edirəm ki, bu vebinar iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Orta Asiyada siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirməyə ehtiyac vardır.

Siyasət 2022-06-28 11:02:00