“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək
Bakı, 28 iyun, AZƏRTAC
Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Lex” klubları arasında keçiriləcək UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, matç İngiltərədən olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda keçiriləcək.
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO
Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır
Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO